Yeni qanunun q qüvvəyə minmə tarixi açıqlanıb
Belarusda dövlətə xəyanətə görə məmurların ölüm cəzasını nəzərdə tutan qanun martın 25-dən qüvvəyə minəcək. AYNA xəbər verir ki, bu barədə ölkənin milli hüquq internet portalında məlumat dərc olunub.
“Qanunun qüvvəyə minmə tarixi 25 mart 2023-cü ildir", - məlumatda bildirilib.
Martın 14-də qanun portalda rəsmi olaraq dərc edilib, on gün sonra qüvvəyə minəcəyi vurğulanıb.
Qeyd edək ki, martın 9-da Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət məsuliyyəti haqqında məcəllələrə dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb. Qanunun əsas məqsədi ekstremist və dövlət əleyhinə cinayətlərə qarşı mübarizəni gücləndirmək olub. Bildirilib ki, qanun vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyəti dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilir. Hərbi qulluqçu və ya vəzifəli şəxs tərəfindən dövlətə xəyanət ölümlə cəzalandırıla bilər.