Baydenlə Makron Rusiya ilə bağlı razılığa gəliblər

Dünya

14.03.2022 - 14:04

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək

Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Yelisey sarayının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək barədə razılığa gəliblər.

"Hər iki dövlətin başçısı Rusiyaya qarşı artıq qəbul edilmiş sanksiyaları sərtləşdirməyə, Ukraynaya dəstək verməyə və hərbi əməliyyatların dayandırılması üçün bütün faydalı təşəbbüsləri birgə həyata keçirməyə razılaşıblar. Onlar bu məsələ ilə bağlı sıx əlaqələri davam etdirəcəklər", - məlumatda deyilir.

Söhbət zamanı Makronun amerikalı jurnalist Brent Renaultun Ukraynada ölümü ilə bağlı Baydenə başsağlığı verdiyi də qeyd edilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş