Baydendən etiraf: “Əvvəlki kimi rahat danışmıram”

Dünya

29.06.2024 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

“Mən bilirəm ki, artıq gənc deyiləm, əvvəlki kimi asanlıqla yerimirəm”

ABŞ Prezidenti Co Bayden etiraf edib ki, prezident seçkilərində siyasi rəqibi Donald Trampla debatda çıxışı uğurlu olmayıb. AYNA xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

“Mən bilirəm ki, artıq gənc deyiləm, əvvəlki kimi asanlıqla yerimirəm. Əvvəlki kimi rahat danışmıram, əvvəlki kimi mübahisə etməyi bacarmıram. Amma bildiyimi bilirəm — həqiqəti necə deməyi bilirəm!” - Ağ Evin rəhbəri bildirib.

Amerika liderinin sözlərinə görə, “əgər yıxılarsansa, ayağa qalxmalısan”.

Bayden və Tramp arasında debat iyunun 28-nə keçən gecə baş tutub. İştirakçılar söhbətdən 20 dəqiqə sonra şəxsi təhqirlərə keçiblər. Müzakirələr başlamazdan əvvəl keçmiş və indiki prezidentlər əl sıxmayıblar.

Qərb mediasının müşahidəçiləri debatı “Bayden üçün fəlakət” kimi qiymətləndiriblər. Vitse-prezident Kamala Harris bildirib ki, amerikalılar onun çıxışlarına deyil, ölkə üçün görülən işlərə diqqət yetirməlidirlər.

Müəllif: Ayna.az