Bayden yenidən Putini “qəssab” adlandırdı

Dünya

27.03.2024 - 11:25

“Ukraynanı qəssab Putindən qorumaq qayğısına qalmalıyıq”

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə “qəssab” adlandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, Bayden Şimali Karolinada seçicilər qarşısında çıxışı zamanı Rusiya Prezidenti barədə danışıb.

Amerikalı milyarderlərin vergilərinin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə kömək üçün gedə biləcəyini söyləyib.

“Biz çox şey edə bilərik. O cümlədən, nəhayət, Ukraynanı qəssab Putindən qorumaq qayğısına qalmalıyıq”, - deyə bildirib.

2022-ci ilin yazında Bayden Rusiya Prezidentini “ölümcül diktator” və “quldur” adlandırmışdı. Amerika lideri Putini bundan əvvəl də “qəssab” adlandırmışdı.

Bayden bu yaxınlarda kampaniyası üçün keçirilən ianə toplantısında "Putin kimi diktatorlarla eyni tərəfdə durmayacağını" vurğulamışdı.

Müəllif: Ayna.az