Bayden Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

Dünya

08.04.2023 - 08:18

cedabet dərman SEO Xidməti

Ağ Ev: "Moskva azad və ədalətli demokratik seçkilərə mane olur"

Bayden Rusiyaya qarşı bəzi sanksiyaları bir il müddətinə uzadıb. APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə qeyd olunub.

Bildirilib ki, Rusiya Federasiyası ABŞ-a qarşı zərərli fəaliyyətlə məşğul olur.

Həmçinin qeyd olunub ki, Moskva ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının azad və ədalətli demokratik seçkilər keçirməsinə mane olur.

Bununla yanaşı sənəddə, Rusiyanın dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini pozduğu qeyd olunub.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş