Bayden Kiyevdədir: ABŞ Prezidenti Zelenski ilə görüşüb

Dünya

20.02.2023 - 14:25

cedabet dərman SEO Xidməti

Bayden və Zelenski Kiyevdəki Müqəddəs Maykl kilsəsində görüşüblər

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski Kiyevdəki Müqəddəs Maykl kilsəsində görüş keçiriblər. AYNA xəbər verir ki, bu barədə “Strana.ua” “Telegram” kanalında məlumat yayıb.

Qeyd edək ki, Ağ Ev əvvəllər Baydenin Ukraynaya səfəri ehtimalını təkzib etmişdi.

“Bild” qəzetinin əməkdaşı Julian Repke deyib ki, Bayden Ağ Evin açıqlamalarına baxmayaraq Kiyevdə səfərdə ola bilər.

ABŞ Prezidentinin Ukraynanın paytaxtına gəlməsi ilə bağlı məlumatı hüquqşünas və bloger Mark Feyqin də təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş