Bayden: “İranın hücumu uğursuz olub”

Dünya

14.04.2024 - 14:32

ABŞ Prezidenti İsrailin qələbə qazandığını bəyan edib

ABŞ Prezidenti Co Bayden hesab edir ki, İranın hücumunu uğursuz adlandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ lideri İsrailin qələbə qazandığını söyləyib.

“Bayden İsrail Baş naziri Binyamin Netenyahu ilə telefon danışığında deyib ki, bu gün İsraili qalib saymaq olar, çünki İranın hücumları uğursuz olub. ABŞ Prezidenti qeyd edib ki, İsrail üstün hərbi potensialını nümayiş etdirib”, - deyə CNN-in məlumatında qeyd olunub.

Müəllif: Ayna.az