Bayden “DXR” və “LXR” ilə bağlı sanksiyaları təsdiqlədi

Dünya

22.02.2022 - 08:19

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib

“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”.

AYNA xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden özünün "Twitter"dəki hesabında yazıb.

“Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, - Ağ Ev rəhbəri əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş