Bayden: “ABŞ-da “ağların üstünlüyü”nə son qoyulmalıdır”

Dünya

28.08.2023 - 09:50

cedabet dərman SEO Xidməti

“Qaradərililərin canlarından qorxduğu ölkədə yaşamaq olmaz”

ABŞ Prezidenti Co Bayden növbəti kütləvi atışma hadisəsi fonunda ölkədə “ağların üstünlüyü” ideologiyasını dayandırmağa çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, Amerika liderinin sözləri Ağ Evin saytında dərc edilib.

Siyasətçi qeyd edib ki, qaradərililərin canlarından qorxduğu ölkədə yaşamaq olmaz: "Biz cavablar axtarmağa davam edərkən, indi aydın və qəti şəkildə deməliyik ki, Amerikada “ağ üstünlüyü”nə yer yoxdur".

Amerika liderinin sözlərinə görə, problemlə bağlı susmaq olmaz: “Çünki susmaq cinayətə şərik olmaq olardı”.

Qeyd edək ki, avqustun 27-də Florida ştatının Ceksonvil şəhərində naməlum şəxs Dollar General mağazasında AR-15 tüfəngi və tapançadan atəş açıb. Hücumçunun yanında taktiki jilet də tapılıb. Onun irqçi olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş