Partlayış nəticəsində xəsarət alan olmayıb
Qara dənizin Batumi sahillərində partlayış olub. AYNA gürcü mediasına istinadən bildirir ki, hadisə yerinə dərhal Gürcüstan Daxili İşlər Nazirliyinin əmkdaşları səfərbər edilib.
“Rustavi 2” telekanalı xəbər verir ki, partlayış Batumidə kurort şəhərciyində bənddən təxminən 25 metr aralıda baş verib.
Təsdiqlənməmiş məlumatlara görə, dəniz minası partlayıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Gürcüstan DİN partlayışla bağlı araşdırmalara başlayıb.
“Məlumat daxil olandan dərhal sonra DİN-in müvafiq strukturlarının əməkdaşları, o cümlədən yanğınsöndürənlər, xilasedicilər, patrul polisi və kriminal polis əməkdaşları hadisə yerinə gediblər”, DİN-iin məlumatında vurğulanıb.
Nazirlikdən bildirilib ki, hazırda bütün zəruri tədbirlər görülür.