Baş Prokurorluqda yeni təyinat olub

Xəbərlər

05.01.2022 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Kamran Əliyev yeni şöbə rəisi təyin edib

Baş Prokurorluqda kadr dəyişikliyi olub. AYNA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

 

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidməti faktı AYNA-ya təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş