Baş infeksionistdən əhaliyə MÜRACİƏT

Xəbərlər

29.12.2021 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

"Ehtiyatı əldən verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır"

Səhiyyə Nazirliyinin mütəxəssis -eksperti, infeksionist Təyyar Eyvazov Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

AYNA xəbər veriri ki, COVID-19 mövzusunda çıxışı zamanı bayramlarda qonaq getmə hallarının çox müşahidə olunduğunu və beləliklə təmasların artacağını deyib: “Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm".

T.Eyvazov bildirib ki, ölkədə “Omicron” ştamı qeydə alınmayıb.

“Ona görə də bu bayramda kütləvi toplaşma yəqin ki, yoluxma sayında artıma səbəb olmayacaq. Lakin yenə də ehtiyatı əldən verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır”, - T.Eyvazov əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş