Baltik dənizində daha bir sualtı kabel zədələnib

Dünya

14.01.2025 - 15:32

Həkimlər Klinikalar SEO Xidməti

İsveçin Mülki Müdafiə Nazirliyi hadisəni Çin gəmisi ilə əlaqələndirir

Baltik dənizində İsveç, Litva, Almaniya və Finlandiyanı birləşdirən daha bir sualtı kabelin zədələndiyi məlum olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsveçin Mülki Müdafiə naziri Karl-Oskar Bohlin bildirib.

İsveçin Mülki Müdafiə Nazirliyi hadisəni sahildən 160 km aralıda lövbər salmış Çin gəmisi ilə əlaqələndirir.

İlkin araşdırmanın nəticələrinə görə, gəmi heyətinin hərəkətləri qəsdən, onların Stokholmda hesab etdikləri kapitanın isə Rusiya ilə əlaqəsi ola bilər.

Bu, Baltikyanı regionda sualtı kommunikasiyaların zədələnməsi ilə bağlı ilk hadisə deyil. 26 dekabr 2024-cü ildə Finlandiya Sərhəd Mühafizəsi Kuk adalarının bayrağı altında üzən “Eagle S” gəmisini saxlayıb. Helsinkinin iddiasına görə, gəmi Estoniya ilə Finlandiya arasındakı “EstLink 2” kabelini lövbəri ilə zədələmiş ola bilər. Hadisənin ağır hücum kimi qiymətləndirilməsi aparılır.

Finlandiyanın “Yle” telekanalının məlumatına görə, NATO Baltikyanı ölkələrin sualtı kabellərini qorumaq üçün 10 gəmi göndərəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş