Prezident Nərimanov və Nizami rayonlarına icra başçısı təyin etdi
Prezident İlham Əliyev Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Prezident Nizami rayonuna da icra başçısı təyin edib.
Prezident Coşqun Adil oğlu Cəbrayılovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.