Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Bakıda bəzi küçə və şosselərdə sürət həddi endirilib. Bu addım hava şəraiti ilə əlaqədar atılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AYNA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.