Magistral su kəmərində təmir-bərpa işləri aparılacaq
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən keçən magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün rayonun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AYNA xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.