Bakıdan Şımkentə birbaşa uçuşlar başlayır

Xəbərlər

22.04.2025 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

İlk uçuş 28 iyun tarixində həyata keçiriləcək

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.

AZAL-dan AYNA.AZ-a verilən məlumata görə, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk uçuş 28 iyun tarixində həyata keçiriləcək.

Məlumata görə, Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş