Sürücülərə tövsiyə edilir ki, müəyyən edilən sürət həddinə riayət etsinlər
Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib. AYNA xəbər verir ki, bu barədə a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd olunub ki, müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.