Bakıda yaşayış binasında yanğın olub

Hadisə

13.06.2023 - 08:47

Həkimlər Klinikalar SEO Xidməti

6 ədəd sayğac və 6 ədəd elektrik açarı yanıb

Bakı şəhərinin Nərimanov rayonunda doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və 6 ədəd elektrik açarı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş