Bakıda yaşayış binasında yanğın olub

Xəbərlər

25.03.2023 - 16:32

Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif: Ayna.az