Yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
AYNA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.
Əlavə məlumat veriləcək.