Bakıda mağazadan külli miqdarda oğurluq edilib

Hadisə

01.01.2022 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Pul, qızıl-zinət əşyaları və pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə rayon ərazisindəki mağazaların birində M.Hacıyevanın içərisində 200 manat, 1000 ABŞ dolları, 1350 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd bank kartı olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş