Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlanıb

Xəbərlər

18.01.2023 - 01:40

cedabet dərman SEO Xidməti

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Vahidov Elşən Zəfər oğlu işlədiyi kafedə müştəri ilə mübahisə edərkən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş