Bakıda evdən 3 min manatlıq qızıl oğurlanıb

Xəbərlər

26.11.2022 - 13:16

Oğurluqda şübhəli bilinən Azər Rəhimov saxlanılıb

Bakıda evdən 3 min manatlıq qızıl oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az