Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

24.04.2024 - 22:20

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az