Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazxirliyi (DİN) Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.