Bakıda bağça müdiri barəsində cinayət işi başlanıb

Xəbərlər

10.01.2023 - 13:42

cedabet dərman SEO Xidməti

Müdir valideynlərdən pul yığmaqda şübhəli bilinir

Bakıda qanunsuz əməllərə yol vermiş bağça müdiri barəsində cinayət işi başlanıb. AYNA xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, paytaxtın Yasamal rayonu ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş