Bakıda atmosferdə tozun artması müşahidə olunur

Xəbərlər

12.02.2024 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

Rəna Allahverdiyeva: "Tozlu hava şəraiti meteoroloji lokal, eyni zamanda transsərhəd xarakter daşıyır"

Bu gün Bakıda və Abşeron yarımadasında tozun miqdarı 1.5 dəfə normadan artıqdır.

AYNA  xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

Onun sözlərinə görə, tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır:

"Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R. Allahverdiyeva vurğulayıb.

Müəllif: Ayna.az