Bakı Şəhəri üzrə Təhsil İdarəsiməlumat yayıb
Bakıda 541 müəllimin iş yeri daimiləşib. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 541 nəfər müəllimin iş yeri daimiləşib.