Bakıda 18 yaşlı qız itkin düşüb

Xəbərlər

10.04.2023 - 11:37

cedabet dərman SEO Xidməti

Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, itkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli gödəkcə, şalvar və köynək olub.

Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən DİN-in 102 - Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə və 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş