Bakıda 18 yaşlı oğlan itkin düşüb - FOTO

Xəbərlər

22.04.2024 - 11:32

Naftalan şəhər sakini paytaxtda yoxa çıxıb

Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov dörd ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi onun barəsində heç bir xəbər ala bilməyib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022) 352-31-15 şəhər və (050) 664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bakıda 18 yaşlı oğlan itkin düşüb -
Müəllif: Ayna.az