Toy karvanında qəza olub
Bakıda zəncirvari qəza olub. AYNA “Lent.az”a istinadən xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb.
Toy karvanında olan 10-a yaxın avtomobil bir-birinə çırpılıb.
Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.
Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.