Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi

Xəbərlər

20.01.2022 - 16:17

Yolun buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb

Bakı-Şamaxı avtomobil yolunun buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yağıntının davam etməsi ilə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.

Eləcə də Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Həmçinin, Şamaxı-Dəmirçi avtomobil yolunda da davam edən yağıntı nəticəsində yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.

Müəllif: Ayna.az