Bakı sakininin avtomobilində silah-sursat aşkarlanıb

Xəbərlər

07.12.2022 - 11:49

“TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb

Bakı sakininin avtomobilində silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini Cəmil Mirbağırovun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə