Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə

15.02.2024 - 00:44

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var. AYNA-nın "Report"a istinadən məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “Shacman” və “Ford” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 1976-cı il təvəllüdlü Talıbov Vəfadar Nəcəfqulu oğlu, 1980-ci il təvəllüdlü Talıbova Günay Əlhəsən qızı və onların övladı 2008-ci il təvəllüdlü Talıbov Nəcəfqulu Vəfadar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az