Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

Cəmiyyət

06.05.2022 - 20:39

cedabet dərman SEO Xidməti

Kapitan tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AYNA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş