Bakı-Naxçıvan reysləri bərpa olunub

Xəbərlər

11.01.2022 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Əlverişsiz hava şəraiti səbəbindən uçuş dayandırılmışdı

Bakıdan Naxçıvana uçuşlar bərpa olunub. AYNA xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Qeyd edək ki, bu gün əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş