Bakı-Ələt yolunda iki yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

05.01.2022 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılardan birinin vəziyyəti ağırdır

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, nəticədə ümumilikdə 8 nəfər xəsarət alıb.

Qeyd olunub ki, baş verən ilk qəza nəticəsində mərkəzə 5 yaralı gətirilib: "Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş