Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib

Xəbərlər

28.08.2023 - 21:25

cedabet dərman SEO Xidməti

Baş Prokurorluq faktla bağlı araşdırma aparır

1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluğun Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş