Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib

Xəbərlər

28.12.2022 - 16:34

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Eyni zamanda, Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev olub. O, dekabrın 7-də vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş