Bağçalara müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlanıb

Xəbərlər

13.12.2022 - 16:58

cedabet dərman SEO Xidməti

Müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, namizədlər nazirliyin saytına daxil olaraq, müsahibə nəticələri və reytinqləri ilə tanış ola bilərlər.

Növbəti mərhələdə namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq.

Qeyd edək ki, müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş