Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda “Azəriqaz” İstehsalat Birliyindən oğurluq olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.