Azərbaycanlılar Laçın yolunu bağladılar: sülhməramlılara qarşı aksiya keçirilir - VİDEO

Xəbərlər

12.12.2022 - 11:19

Sülhməramlılar isə etirazçıların dağılışmasını tələb edirlər

Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri, ekofəallar Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində yolu bağlayıblar. AYNA-nın xəbərinə görə, QHT nümayəndələri təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarına qarşı etiraz edirlər.

“Volkov” şüarı səsləndirən etirazçılar Rusiya sülhməramlı kontingentinin komandanı general Volkovla söhbət etmək istəyir, etirazlarını çatdırmaq istəyirlər.

Sülhməramlılar isə etirazçıların dağılışmasını tələb edirlər. Onlar əraziyə əlavə qüvvələr yönləndiriblər. 

Hazırda davam edən aksiya oturaq formaya keçir. QHT nümayəndələri ərazidə çadırlar qururlar, günlərlə aksiya keçirəcəklərini, nəticə olmasa aclıq aksiyasına başlayacaqlarını bildirirlər.

Hələlik aksiya ilə bağlı rəsmi münasibət bildirilməyib.

Müəllif: Ayna.az