A PHP Error was encountered

Severity: Notice

Message: unserialize(): Error at offset 49147 of 49152 bytes

Filename: drivers/Cache_file.php

Line Number: 275

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 155
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Azərbaycandan iki ayda Avropa, Türkiyə və Gürcüstana nə qədər qaz ixrac edib? - Ayna.az

Azərbaycandan iki ayda Avropa, Türkiyə və Gürcüstana nə qədər qaz ixrac edib?

İqtisadiyyat

20.03.2023 - 18:05

Nazir: “Yanvar-fevral aylarında Azərbaycanda səkkiz milyard kubmetr qaz hasil edilib”

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 0,7 milyard kubmetr qaz alıb. AYNA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan 2022-ci ilin eyni dövrü ilə müqayisədə qaz ixracını 13% artıraraq dünya bazarlarına 4,3 milyard kubmetr ixrac edib.

Energetika naziri bildirib ki, qeyd olunan dövrdə Azərbaycan Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz verib.

Nazirin sözlərinə görə, yanvar-fevral aylarında Azərbaycanda səkkiz milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.

Şahbazov əlavə edib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda hasil edilən 5,1 milyon ton neftin 4,1 milyon tonu xaricə ixrac edilib.

Müəllif: Ayna.az