Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən qızlar saxlanılıb

Xəbərlər

08.12.2022 - 13:27

Saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunublar

Dekabr ayının 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.

DSX əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.

Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri maarifləndirmə və təbliğat işləri aparılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az