Şəhidlərimizin xatirəsi yad edilib və ruhlarına dualar oxunub
Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Zərdab şəhər "Cümə" məscidində vəhdət namazı qılınıb. Bu barədə AYNA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Bununla bağlı keçirilən tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsinə ucadılmış abidə ziyarət olunub.
O cümlədən, şəhidlərimizin xatirəsi yad edilib və ruhlarına dualar oxunub.