Azərbaycanda son sutkada COVID-19-dan ölən olmayıb

Aktual

08.11.2022 - 16:35

Daha 38 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 266 nəfərdir.

Ölkədə son sutka ərzində 2 375, hazırkı dövrədək isə 7 336 115 test aparılıb.

Müəllif: Ayna.az