Azərbaycanda son sutkada 1 nəfər COVID-19-dan vəfat edib

Aktual

27.10.2022 - 18:28

Daha 36 nəfər koronavirusa yoluxub, 43 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9 942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 7 313 756 test aparılıb.

Müəllif: Ayna.az