Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

31.12.2021 - 18:34

Həkimlər Klinikalar SEO Xidməti

"Buster" doza üzrə vaksinasiya olunanların sayı milyon yarımı keçib 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 059 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 109, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 22 309 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 346 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 520, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 264 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş