Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə peyvəndlənib?

Xəbərlər

28.10.2022 - 17:44

cedabet dərman SEO Xidməti

Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 583 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 288, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 910 048, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 191, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 163, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 262 938 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş